Bu gün səhər saatlarında "Bakı Metropoliteni" QSC-nin "Cəfər Cabbarlı və "Xətai stansiyaları arasında hərəkət edən qatarlarında qrafikində təxminən 20 dəqiqə gecikmə qeydə alınıb.
Unikal.org "Reporta istinadən xəbər verir ki, "Xətai stansiyasındakı sərnişinlərə yaranmış nasazlıqla əlaqədar qatarın müəyyən müddət platformada qalacağı bildirilib.
Bu xəbərdarlıqdan sonra isə sərnişinlər arasında təşviş yaranıb və onlar vaqonları tərk etməyə başlayıblar.
Metronun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev açıqlamasında bildirib ki, gecikməyə səbəb adı çəkilən stansiyalar arasındakı tuneldə elektrik xətlərində yaranmış qısaqapanma olub. Son nəticədə tuneldə tüstülənmə baş verib.