Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan bir sıra mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org-un məlumatına görə, sərəncama əsasən bir çox mədəniyyət xadimi adla təltif edilib.

Siyahıda diqqət çəkən adlardan arasında müğənni Emin Ağalarov, Murad Dadaşov, ƏyyubYaqubov, Əlixan Səmədov, Sabir Məmmədov, Əjdər Həmidov, Naibə Allahverdiyevanın adı yer alıb. Bu tanınmışlar "Xalq artisti" adı alıb.

"Əməkdar artist adı alan məşhurlar arasında isə Səbinə Babayeva, Qoçaq Əskərov, Rəşad İlyasov, Könül Kərimova, Miri Yusif və Elçin Şirinovun adı diqqət çəkir.