Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş prezident İlham Əliyevə təbrik məktub ünvanlayıb.

Unikal.org xəbər verir ki, təbrik  məktubunda belə qeyd edilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Milli bayramınız - Respublika Günü münasibətilə Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Birləşmiş Millətlər Təşkilatının zənginliyi onun üzvü olan ölkələrin müxtəlifliyindədir. Ölkələr "Biz - xalqlar şüarı altında bir araya gələrək təşkilatın Nizamnaməsində təsbit olunmuş dəyərləri uca tutduqda, bizim missiyamız daha da möhkəmlənir. Həm qlobal çağırışların geniş yayıldığı, həm də onların həlli üçün geniş imkanların mövcud olduğu bir dönəmdə həmin dəyərlər bizi birləşdirən etibarlı vasitədir.

Sizin bu milli bayramı qeyd etdiyiniz bir vaxtda mən daha effektiv Birləşmiş Millətlər Təşkilatının qurulması, eləcə də sülhün, davamlı inkişafın və insan hüquqlarının təmin olunması istiqamətində fəal iştirak etmək əzmində olduğumu bildirirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

Antonio Quterreş

Birləşmiş Millətlər Təşkilatının Baş katibi