Kürdəmir rayonunda 55 yaşlı qadın döyülüb.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Qarasu kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1963-cü il təvəllüdlü Rəfiqə Məmmədşah qızı Teyyubova naməlum şəraitdə döyülüb. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.