Qəbələ rayonunda bir nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org-un apa-ya istinadən xəbərinə görə hadisə İsmayıllı-Qəbələ avtomobil yolunun Vəndam qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
"Mercedes və "VAZ 2107 markalı minik avtomobillərinin toqquşması nəticəsində Qəbələ şəhər sakini, 1956-cı il təvəllüdlü Əhmədov Şakir Şaban oğlu, eləcə də Monteneqro vətəndaşı, 1990-cı il təvəllüdlü Amanda Besiloviç, Yunanıstan vətəndaşı, 1967-ci il təvəllüdlü Venizelos Dimitrios və adları hələ ki, məlum olmayan daha iki xarici ölkə vətəndaşı ağır bədən xəsarətləri aldığı üçün təcili yardım stansiyasının avtomobili ilə Qəbələ Diaqnostika Mərkəzinə və Qəbələ Mərkəzi rayon Xəstəxanasına aparılıb.
Həkimlərin səyinə baxmayaraq sürücü Şakir Əhmədov xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib, əcnəbi yaralılar isə müalicə üçün Bakıdakı Mərkəzi Gömrük Hospitalına aparılıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.