Bakı şəhər Binəqədi Rayon Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Ramiz Mirzalıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Unikal.org xəbər verir ki, Vəkil Əli Hüseynovun APA-ya verdiyi xəbərə görə, hakim Mirheydər Zeynalovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən R. Mirzalıyevə bəraət verilib. Məhkəmə onun əməlində cinayət tərkibi olmadığı qənaətinə gəlib.
Qeyd edək ki, hadisə 2015-ci il fevralın 20-də baş verib. R. Mirzalıyev idarə etdiyi "VAZ 2107 markalı avtomobillə Binəqədi şosesində hərəkətdə olarkən yolu keçmək istəyən piyada İlqar Xanməmmədovu vurub. İ. Xanməmmədov xəstəxanaya çatdırılsa da, bir müddətdən sonra dünyasını dəyişib.