Ağsuçayda köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib.
Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şamaxı rayonu, Ağsuçay çayının Qaleybuğurd kəndi ərazisindən keçən hissəsində 4 nəfər "UAZ" markalı minik avtomobilinin içərisində köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunmuş Mülki Müdafiə Qoşunlarının müvafiq xilasetmə qüvvələri vətəndaşların xilas olunmasını təmin ediblər.
Əməliyyat başa çatıb.