Ağsu-Bəhramtəpə yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən verir ki, rayonun Sorsor kəndi ərazisi ilə hərəkətdə olan "VAZ-21011" markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarına aşıb.

Yol qəzası nəticəsində xəsarət alan sürücünün şəxsiyyəti məlum olub.

Bu, 1970-ci il təvəllüdlü Sorsor kənd sakini Əmirov Rəhim Mirzəcan oğludur.

O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralının vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.