Şəmkir rayonunda 55 yaşlı kişi özünə xəsarət yetirib.

Unikal.org  "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Sarıtəpə kəndində qeydə alınıb. 

Kənd sakini, 55 yaşlı Abdullayev Asif Rüstəm oğlu yaşadığı evdə özünə bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyata alınıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.