Bu gün Daxili İşlər Nazirliyinin -³102-³ Xidməti-Zəng mərkəzi sistemindən və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Xızı rayonunun Ağdərə kəndi ərazisində iki mərminin tapılması barədə məlumatlar daxil olub.
ANAMA-dan unikal.org-a bildirilib ki, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Xızı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən ərazidə otlaq sahəsinə baxış keçirilib.
Agentliyin mütəxəssisləri tərəfindən 3 ədəd partlamamış hərbi sursat (2 ədəd 100 mm-lik top mərmisi (BK-3) və 1 ədəd AR-6 partladıcısı) və 1 ədəd partlamış mərmi hissəsi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.