Cəlilabad rayonunun Bəcirəvan kəndində bələdiyyəyə məxsus ərazidə 4 ha sahədə quru ot, kol-kos və 830 m2 sahədə biçilməmiş taxıl sahəsi yanıb.
FHN-dən Unikal.org-a verilən məlumata görə, digər taxıl sahələri yanğından mühafizə olunub.Alov yanğın bölmələri tərəfindən söndürülüb.