Azərbaycanda güclü zəlzələ baş verib. 

Unikal.org-un xəbərinə görə, zəlzələ ölkənin əksər rayonlarında hiss olunub. Zəlzələnin episentrinin şimal-qərb bölgəsində olduğu ehtimal olunur. Güclü təkanlar daha çox Şəki, Qax, Balakən, Zaqatala rayonlarında hiss olunub.   Zəlzələ həmçinin Göyçay, Şamaxı və digər ətraf rayonlarda da hiss olunub.

 Dağıntı və tələfat barədə hələlik məlumat verilmir.