Dövlət Sərhəd Xidməti (DSX) tərəfinÂdən sərÂhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərÂÂhəd mühafizə tədbirləri uğurla davam etdirilir.
Bu barədə unikal.org-a DSX-dan məlumat verilib.
Bildirilib ki, iyunun 4-də DSX-nin sərhəd qoşunlarının ZaqaÂtala sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfindən BaÂlaÂkən rayoÂnuÂnun Mazımqara kəndinin yaxınlığınÂdakı sərhəd zastaÂvaÂsıÂnın xidÂməÂti ərazisində dövlət sərhəÂdinin poÂzulmasının qarşısı alınıb. Belə ki, həmin tarixdə sərhəd naryadı tərəfindən dövlət sərhədində 2 nəfər AzərÂbaycan ResÂpubÂlikası vətəndaşı - 1983-cü il təÂvəllüdlü Hacılı Ramin Rasim oğlu və 1988-ci il təvəllüdlü QaÂsıÂmov FəxÂrəddin Azad oğlu saxlanılıb.
İlkin araşdırma zamanı R.Hacılı ölkədən çıxışına qadağa qoyulÂması səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrindən ölkə ərazisini tərk edə bilməməsini və sərhəd zastavasının xidməti sahəÂsindən dövlət sərhədini pozmaqla qanunsuz yolla Gürcüstan əraziÂsinə keçməyə cəhd etməsini, F.Qasımovun isə bu əməlin həyata keçirilÂməÂÂÂsində ona kömək etÂməsini etiraf edib. F.Qasımov da eyni məzmunlu ifadə verib.
R.Hacılı 250 min manat həddində borclarının olmasını, xaricə getməklə bu borcları işləyərək qayÂtarÂmağa çalışmasını bildirib.
Saxlanılmış şəxslər barəsində Azərbaycan Respublikasının CinaÂyət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanılÂıb.