Göyçay rayonunda taxıl sahəsi və nar bağında güclü yanğın baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, Bığır kəndində 25 hektarlıq biçilməmiş taxıl sahəsi və nar bağı yanıb.

Hazırda yanğın davam edir. Hava küləkli olduğundan yanğının qarşısını almaq çətinləşib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Göyçay, İsmayılı, Ağsu rayonlarının Yanğından Mühafizə hissələrinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Alovun qarşısını almaq üçün tədbirlər görülür.