Bu gün saat 10 radələrində Salyan yolun, Şıx çimərliyinin qarşısında ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Unikal.org Avtosfer.az-a istinadən  xəbər verir ki, müğənni Elton Hüseynəliyev idarə etdiyi 90 DD 044 dövlət nömrə nişanlı, "İnfiniti" markalı avtomobillə Səbail rayon yol-patrul xidmətinin 99 YP 253 dövlət nömrə nişanlı xidməti maşınına çırpılıb.

***

Sənətçinin həyat yoldaşı Tamilla xanım "Qafqazinfoya hadisəni təsdiqləyib. Bildirib ki, hazırda yoldadır, xəstəxanaya gedir:

"Özü ilə danışmışam, 1 saylı Şəhər KlinikiXəstəxanasındadır. Vəziyyəti kafidir.

Ancaq qəzanın necə baş verməsi, hazırda səhhətinin tam necə olması ilə bağlı məlumatım yoxdur.

***
Qeyd edək ki, həmin ərazidə beynəlxalq velosiped yarışı keçirilir. Yarışlarda təhlükəsizliyi təmin etmək üçün Səbail rayon yol polisi şöbəsinin əməkdaşları bir neçə gündür həmin ərazidə gücləndirmiş iş rejimində işləyir. Hadisə də yarış başlayan ərəfədə olub. Belə ki, yol kənarında dayanan YPX avtomobilinə yüksək sürətlə hərəkət edən Eltonun avtomobili çırpılıb. Şahidlərin sözlərinə görə, müğənni ərazidə sürətin azaldılması barədə nişanlara əhəmiyyət verməyərək yüksək sürətlə hərəkət edib.

Avtomobillərə ciddi ziyan dəyib. Həm müğənni, həm də YPX əməkdaşı xəsarət alıb. Onlar əraziyə çağırılan təcili tibbi yardım avtomobili vasitəsilə xəstəxanaya aparılıb.