Bakının Yasamal rayonunda açıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri tərəfindən söndürülüb.

Unikal.org-un məlumatına görə, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb. Əlavə məlumat veriləcək.-‹

16:32

Fövqəladə Hallar Nazirliyi Bakının mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb.

Unikal.org-un məlumatına görə. nazirlikdən bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonu ərazisində açıq sahədə yanğın olması barədə məlumat daxil olub.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerinə cəlb olunub. İlkin məlumata görə, təxminən 2 ha sahədə quru ot və məişət tullantıları yanıb.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.