İraqın baş naziri Heydər əl-İbadi Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

Unikal.org  xəbər verir ki, məktubda deyilir: 

"Əs-səlamu aleykum va rahmatullahi va barakatuhu.

Zati-aliləri.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizə, Azərbaycan xalqına və hökumətinə İraq Respublikası hökuməti və xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.

Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına rifah və əmin-amanlıq diləyirəm. Fürsətdən istifadə edərək xalqlarımız arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin dərinliyini vurğulayıram.

Zati-aliləri, ən dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".