Cəlilabad sakini intihar edib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. İntihar edən şəxsin gənc oğlan olduğu bildirilir. Hazırda onun kimliyi dəqiqləşdirilir.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad Rayon şöbəsinə təhvil verilib.
İntiharın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.