Sumqayıt şəhərində 15 günlük uşaq qaynar sudan yanıb.

Unikal.org report-a istinadən xəbər verir ki, 2018-ci il təvəllüdlü yerli sakin Əliyev Əli Hətəmxan oğlu yaşadığı İnşaatçılar qəsəbəsi, ev 3/36 mənzil 9 ünvanında nəzarətsiz qalıb və üzərinə qaynar su dağılıb.

O, ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Azyaşlı 15 gün bundan öncə dünyaya gəlib.

Faktla bağlı araşdırma aparılır.