Dünən gecə Ağdam rayonunda yanğın baş verib.
Unikal.org-un əldə etdiyi məlumata görə, yanğın rayonun girişindəki Sultanbud təpəsində yerləşən Bayraq Meydanında baş verib.
Belə ki, meydanda olan bayrağın aşağı tərəfindəki xəritənin maketinin Qarabağ və Naxçıvanın təsviri olan hissəsi yandırılıb. Yanğın əraziyə çağrılan yanğınsöndürən briqadaları tərəfindən söndürülüb. Yanğının kim tərəfindən törədildiyi bilinmir.
Faktla bağlı araşdırılma aparılır.
Qeyd edək ki, Raqub Məmmədovun Ağdam Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunmasından sonra belə yanğının baş verməsi isə müəmmalı olaraq qalır.
Famil Fərhadoğlu