Avtomobillərin sıx hərəkət etdiyi yolda yerləşən yerüsdü piyada keçidinin şüşəsi sındırılıb. Odur ki, hər an bu keçiddə piyadanın yola yıxılması ilə nəticələnən hadisə baş verə bilər.
Unikal.org xezerxeber.az-a istinadən bildirir ki,söhbət Bakıdan Sumqayıt istiqamətində hərəkət edəndə birinci yerüsdü piyada keçidindən gedir. Burada sınan pəncərənin qarşısına təhlükəsizlik məqsədilə lent çəkilsə də, bu, təhlükəni aradan qaldırmır.
Keçiddə çəkiliş apardığımız zaman piyaların təhlükəsizliyi üçün quraşdırlan bütün məhəccərlərin yerində olmadığının şahidi olduq.Vətəndaşların sözlərinə görə, məhəccərlər naməlum şəxs və şəxslər tərəfindən kəsilərək aparılıb.
Piyadaların şikayəti bununla yekunlaşmır. Onlar keçiddə işıqlandırma sisteminin olmaması səbəbindən axşam vaxtlarında porblemlə qarşılaşırlar.
Məsələdən Avtomobil Yolları Dövlət Agentliyi də xəbərdardır. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli "Xəzər Xəbər"ə bildirdi ki, keçiddə pəncərənin sındırılması və məhəccərlərin kəsilərək aparılması məhz elə oradan istifadə edən bəzi piyadaların işidir. Bu cür halların qarşısının alınması üçün keçid təmir edilərkən buraya müşahidə kamerası da quraşdırılacaq.