Kür çayının Şirvan şəhərinin Hacıqəhramanlı qəsəbəsindən keçən hissəsində aşkarlanan meyit dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Unikal.org-un FHN-in saytına istinadən verdiyi xəbərə görə, meyitə ilkin baxış zamanı onun 06.06.2018-ci il tarixində həmin ərazidə batdığı ehtimal olunan 2007-ci il təvəllüdlü Zərbalıyev Davud Pirverdi oğluna aid olduğu müəyyən edilib.
xxx
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Kür çayının Şirvan şəhərinin Hacıqəhramanlı qəsəbəsindən keçən hissəsində naməlum meyit aşkar olunub.
Unikal.org-un FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri meyitin götürülməsi üçün əraziyə cəlb olunub.
Əlavə məlumat veriləcək.