Masallı rayonunda yanğın olub. Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Ərkivan qəsəbəsində ümumi sahəsi 60 m² olan talvarın yanar konstruksiyaları 40 m² sahədə yanıb. Yaxınlıqda olan yaşayış evi yanğından mühafizə olunub.


Oxşar hadisə Ağdam rayonu, Xındırıstan kəndində də baş verib. Ümumi sahəsi 120 m² olan tikilinin (kafe kimi fəaliyyət göstərir) tavanı və dam örtüyünün yanar konstruksiyaları 51 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.