Gəncədə 30 yaşlı kişi intihar edib.
Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin Vaqif küçəsində qeydə alınıb.
Həmin küçədə evlərin birində yaşayan 1988-ci il təvəllüdlü Həsənov Məhərrəm Malik oğlu yaşadığı evdə özünü asaraq intihar edib.
İntiharın səbəbi hələ ki məlum deyil.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.