Zaqatalada bir ailənin 6 üzvü qəzaya düşüb.

Unikal.org APA-ya istinadn xəbər verir ki, hadisə bu gecə saat 03.00 radələrində Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonu Çobankol kəndi ərazisindən keçən hissəsində baş verib.

Balakən rayonu Tülü kənd sakini, 1974-cü il təvəllüdlü Ramiz Bayram oğlu Seyidov idarə etdiyi "Mersedes markalı "99 KT 616" dövlət nömrə nişanlı minik avtomobili ilə Bakıdan Balakən rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək maşını aşırıb və maşın yolun səviyyəsindən 4 metr aşağıdakı düzənliyə düşüb. Qəzadan sonra sürücü R. Seyidov, onun həyat yoldaşı 1981-ci il təvəllüdlü Aytən Kamil qızı Seyidova, onların övladları - 2000-ci il təvəllüdlü Xəqani və 2001-ci il təvəllüdlü Sənan, Ramizin bacısı 1976-cı il təvəllüdlü Esmira Bayram qızı Məmmədova və Esmiranın qızı - 2014-cü il təvəllüdlü Fatimə Loğman qızı Məmmədova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.

MRX-dan APA-ya bildirilib ki, yaralılara ilkin tibbi yardım göstərildikdən sonra öz istəkləri ilə müayinə və müalicələrini davam etdirmək üçün Balakən MRX-a göndəriliblər.

Balakən MRX-dan bildirilib ki, yaralılardan 3 yaşlı Fatimə Məmmədova reanimasiya, R. Seyidov və E. Məmmədova cərrahiyə şöbəsinə yerləşdiriliblər. Digər yaralıların vəziyyətləri yüngül olduğundan ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Faktla bağlı Zaqatala rayon polis Şöbəsində araşdırma aparılır.