Goranboy rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Goranboy-Qızılhacılı yolunda, Qızılhacılı qəsəbəsi ərazisində baş verib.

"Mercedes" markalı avtomobillə "VAZ-2106"nın toqquşması nəticəsində 1 nəfər xəsarət alıb. Hər iki avtomobilə ciddi ziyan dəyib.

Hadisə ilə əlaqədar araşdırma aparılır.