Mingəçevirdə gənc dənizdə çimərkən xəsarət alıb.
Unikal.org report-a istinadən xəbər verir ki, şəhər sakini, 2000-ci il təvəllüdlü Əliyev Teymur Nazim oğlu Mingəçevir Su Anbarı hövzəsində yerləşən çimərlikdə çimərkən başından xəsarət alıb.
İlkin ehtimala görə, T. Əliyevin başı sudakı naməlum əşyaya dəyib. Nəticədə onun alın nahiyəsi zədələnib.
T.Əliyev xəstəxanaya yerləşdirilib.