İmişlidə çaydan çoxlu sayda ümumvətəndaşlıq pasportu tapılıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, İmişli rayonunun Sarıxanlı kəndində yeniyetmələr Araz çayının qolu olan Boztəpə çayında çimərkən sellofan torba tapıblar. Uşaqların valideynləri tərəfindən hüquq-mühafizə orqanlarına təhvil verilən torbada Azərbaycan vətəndaşlarına məxsus 57 ədəd ümumvətəndaş pasportları aşkar edilib.

Pasportların Şəki, Zaqatala və Balakən sakinlərinə məxsus olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.