Goranboyda iki yeniyetmə kanalda batıb.
Unikal.org APA-ya istinadən xəbər veirr ki, rayonun Dəliməmmədli qəsəbəsindən keçən su kanalına girən 13-14 yaşlı iki oğlan boğulub.
Hadisə yerinə xilasedicilər cəlb olunub, yeniyetmələrdən birinin meyiti sudan çıxarılıb.
Digər yeniyetmənin axtarışı davam edir.