Bakıda tikinti materiallarının satışı mağazası yanır.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda tikinti materiallarının satışı mağazasının dam örtüyü yanır.

Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub.Yanğınsöndürmə işləri davam etdirilir. (09:22)

***

Yanğın baş verən əraziyə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev gəlib.

Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 15 yanğınsöndürən maşını gəlib.

Etibar Mirzəyev APA-ya bildirib ki, yanğın nəticəsində xəsarət alan yoxdur: "Yanğının baş vermə səbəbləri aradırılacaq. Araşdırmalardan sonra ətraflı məlumat veriləcək". (10:25)
***

Unikal.org-un əldə etdiyi məlumata görə, yanğın baş verən əraziyə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev də gəlib.

Əldə etdiyimiz məlumata görə, hadisə "Taxta bazarı"nın ərazisində qeydə alınıb və daha sonra yanğın qonşuluqdakı dükanlara keçib.

Artıq alovun geniş miqyas almasının qarşısı alınıb və yanğın söndürülüb.