Dövlət sərhədini qanunsuz keçmək istəyərək saxlanılan Ramin Hacılı barəsində cinayət işi başlanılıb.
Unikal.org report-a istinadən xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin (DSX) İstintaq İdarəsində onun barəsində 29, 318.1-ci (Azərbaycan dövlət sərhədini qanunsuz keçməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
Səbail Rayon Məhkəməsinin qərarı ilə R.Hacılı barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.
O, ittihamı qəbul etmədiyini deyib.
Daha sonra R.Hacılı Bakı İstintaq Təcridxanasına köçürülüb.
Hazırda DSX-nın İstintaq İdarəsi tərəfindən istintaq araşdırmaları davam etdirilir.
Qeyd edək ki, DSX-nın yaydığı məlumata əsasən, iyunun 4-də DSX-nin sərhəd qoşunlarının ZaqaÂtala sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfindən BaÂlaÂkən rayoÂnuÂnun Mazımqara kəndinin yaxınlığınÂdakı sərhəd zastavaÂsıÂnın xidÂməÂti ərazisində dövlət sərhəÂdinin poÂzulmasının qarşısı alınıb. Belə ki, həmin tarixdə sərhəd naryadı tərəfindən dövlət sərhədində 2 nəfər AzərÂbaycan ResÂpubÂlikası vətəndaşı - 1983-cü il təÂvəllüdlü Hacılı Ramin Rasim oğlu və 1988-ci il təvəllüdlü QaÂsıÂmov FəxÂrəddin Azad oğlu saxlanılıb.
İlkin araşdırma zamanı R.Hacılı ölkədən çıxışına qadağa qoyulÂması səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrindən ölkə ərazisini tərk edə bilməməsini və sərhəd zastavasının xidməti sahəÂsindən dövlət sərhədini pozmaqla qanunsuz yolla Gürcüstan əraziÂsinə keçməyə cəhd etməsini, F.Qasımovun isə bu əməlin həyata keçirilÂməÂÂÂsində ona kömək etÂməsini etiraf edib. F.Qasımov da eyni məzmunlu ifadə verib.
R.Hacılı 250 min manat həddində borclarının olmasını, xaricə getməklə bu borcları işləyərək qayÂtarÂmağa çalışmasını bildirib.