Bu gün səhər saatlarında Bakıda baş vermiş dəhşətli yol qəzasında yaralanan sürücü də vəfat edib.

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, Xəzər rayonu ərazisində - Pirallahı yolunda sürətlə işıq dirəyinə çırpılan avtomobili idarə edən 33 yaşlı İsmixan Əliyev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, "VAZ 2106" markalı minik avtomobilinin qəzaya düşməsi nəticəsində sürücünün həyat yoldaşı Sona Əliyeva və övladı, 4 aylıq Rəna hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

*****

11:18

Bu gün səhər saatlarında Bakıda dəhşətli yol qəzası baş verib. 

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, Pirallahı yolunda "VAZ 2106" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq işıq dirəyinə çırpılıb. Zərbənin gücündən avtomobilin arxa oturacağında əyləşən gənc qadın və 4 aylıq körpəsi hadisə yerində vəfat edib. Sürücü isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Onun vəziyyətrinin çox ağır olduğu bildirilir.

Qəzanı törədən sürücü vəfat edən uşağın atası olub.

Faktla bağlı araşdırma aparılır.