Bakının Pirallahı adasının ərazisində vətəndaşların narazılığa səbəb olan biabırçı hadisə baş verib.

Unikal.org Bizimyol.info-ya istinadla xəbər verir ki, adanın ərazisində fəaliyyət göstərən çörək sexlərinin biri satılmayan və geri qayıdan çörəkləri zibilxanaya atıb.

Bu, görənlərin hiddətinə səbəb olub.

Sakinlərin sözlərinə görə, anoloji halla bağlı yerli icra orqanlarına məlumat verilsə də, heç bir tədbir görülməyib.

Bununla bağlı açıqlama verən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kommunikasiya və İnformasiya Texnologiyaları Şöbəsinin müdiri Mənsur Piriyev istehsalçı zavodun adının açıqlanacağı təqdirdə faktın araşdırılacağını bildirib.

Hazırda yüzlərlə çörəyi zibilxanaya tökən çörək sexinin adı dəqiqləşdirilir.

Ətraflı məlumat veriləcək.