Zərdab rayonunda ağır yol qəzası baş verib.

Unikal.org-un report-a istinadən məlumatına görə, hadisə rayonun Körpükənd və Burunlu kəndləri arasında qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində maşınlardan birinin sürücüsü hadisə yerində ölüb, bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ölən şəxsin Ağdaş rayon sakini olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.