Ağdamda yol qəzası baş verib.

Unikal.org-un apa-ya istinadən xəbərinə görə, rayonun Quzanlı qəsəbəsində 02 AA 071 dövlət nömrə nişanlı, "Nissan markalı avtomobil, 63 BA 537 dövlət nömrə nişanlı, "Moskvich markalı maşınla toqquşub.
"Nissan markalı maşın Ağdam Musiqi Kollecinin xidməti maşınıdır.
Qəza baş verən zaman Kollecin direktoru Laura Ağayeva da avtomobildə olub.
Faktla bağlı araşdırma aparılır.