Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə yaxın vaxtlarda görüş keçirmək barədə razılığa gəliblər. 

Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev məlumat verib. 
"Azərbaycan və Ermənistan xarici işlər nazirləri münaqişənin həlli ilə bağlı yaxın vaxtlarda ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə görüşmək barədə razılıq əldə ediblər", - o deyib.