Tovuzda 33 yaşlı qadın intihara cəhd edib.

Unikal.org report-a istinadən xəbər verir ki, rayonun Düzqırıqlı kənd sakini, 1985-ci il təvəllüdlü Məmmədova Ülviyyə Mehman qızı intihar etmək məqsədi ilə bitki zərərvericilərinə qarşı istifadə olunan fosfor tərkibli metofos pestisidi içib.

Ü. Məmmədova Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta ağırdır. Hələlik Ü. Məmmədovun hansı səbəbdən intihara cəhd etdiyi bilinmir.