Bakıda orta yaşlı naməlum şəxs intihar etmək üçün binanın damına çıxıb. 

Unikal.org  xəbər verir ki, bu barədə "facebook istifadəçisi Ayfar Nizaməddinqızı yazıb. 

O bildirib ki, bir nəfər intihar etmək məqsədilə binanın damına çıxıb. Lakin həmin şəxsi fikrindən daşındırmağı bacarıb: 

"Uşaqlarım evdə oyanyırdı, birdən qışqırdılar ki, bir kişi özünü atır. Öncə elə bildirim ki, ustadır, dam örtüyünü düzəldir. Amma sonra gördüm ki, bu adam qışqırır. Başladım onu danışığa tutmağa. Ağlaya-ağlaya nəsə deyirdi, başa düşmədim. Polis çağırmaq istədim, qoymadı. Yoldan keçənə də səsləndim, razı olmadı, əksinə daha da aşağı sürüşdü. Xeyli vaxt onunla söhbət etməyə çalışdım. Dedim ki, kimlə danışmaq istəyirsən? Söylədi ki, qardaşı ilə. Güclə qardaşının nömrəsini öyrəndim. Qardaşı da özün qan-tərin içində çatdırdı. Şükür Allaha ki, qardaşı onu fikrindən daşındırdı. Amma mən o dünyanı görüb qayıtdım.