Müdafiə sənayesi naziri Yavər Camalov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. 

Unikal.org  xəbər verir ki,  məlumatı mərhum nazirin ailəsinə yaxın mənbələr təsdiqləyib.

Qeyd edək ki, Yavər Camalov 17 oktyabr 1949-cu ildə Sabirabad rayonunun Çölbeşdəli kəndində anadan olub.

1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib.1972 - 2006-cı illərdə neft sahəsi üzrə müxtəlif qurumlarda çalışıb.

Prezident İlham Əliyevin 18 mart 2006 - cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri təyin edilib.

Evlidir, 3 oğlu var.

Allah rəhmət eləsin.