Muay-Tay üzrə milli komandamızın üzvləri daha bir mötəbər yarışda güclərini sınayacaqlar.
Unikal.org xəbər verir ki, iyulun 1-i Çexiyanın paytaxtı Praqa şəhərində Avropa çempionatı start götürüb.
Ayın 7-nə qədər davam edəcək yarışda 29 ölkədən 300 idmançı iştirak edir.
Hazırda komanda ilə birlikdə çempionatın keçirildiyi ölkədə olan Dünya çempionu, Əməkdar məşqçi, Əməkdar İdman Xadimi, Azərbaycan Uşu və Muaytay-Tayboks Federasiyalarının Prezidenti Azər Həsənsoy yarışla bağlı Unikal.org-a qısa məlumat verib:
"Yarışa mənimlə birlikdə 3 nəfər gəlib. Onlardan biri məşqçi Şəhriyar İsayevdir.
Azərbaycanı bu yarışda iki idmançı ilə təmsil edəcəyik. Hər ikisi 1-ci çevrəni sərbəst düşüblər. Onlar sabah (2 iyul) döyüşməlidirlər. 63.5 kq çəki dərəcəsində Dünya Çempionu Cabbar Mustafayev, 67 kq-da isə Avropa Kubokunun mükafatçısı Məhəbbət Hümbətov çıxış edəcək.
Aygün İlqarqızı