Azərbaycan çempionu "Qarabağ UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı Sloveniyanın "Olimpiya klubu ilə matçlar üçün sifariş vərəqəsini açıqlayıb.
Unikal.org xəbər verir ki, baş məşqçi Qurban Qurbanov bu oyunlarda 21 futbolçunun xidmətindən yararlana bilər.
Onlardan 4-ü qapıçı, 7-si müdafiəçi, 9-u yarımmüdafiəçi, biri isə hücumçudu.
Qeyd edək ki, Ağdam klubu "Olimpiya ilə ilk oyunun başlamasına 24 saat qalmışa qədər sifariş vərəqəsinə daha bir futbolçu əlavə edə bilər.