Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) Konqresi İcraiyyə Komitəsi növbəti iclasını keçirib. Beynəlxalq qurumç bu idman növ üzrə yarışlar üçün yeni çəki dərəcələrinin müəyyənləşdirilməsinə dair qərarını açıqlayıb. 

Unikal.org-un qurumun rəsmi saytına istinadən verdiyi xəbərə görə, kişi və qadınların mübarizəsində çəki dərəcələrinin sayı 10-a yüksəldilib. Bu çəki dərəcələrindən 7-si olimpiya çəkiləri sayılacaq.

Yeni qərara görə, kişilər 55 kq, 61 kq, 67 kq, 73 kq, 81 kq, 89 kq, 96 kq, 102 kq, 109 kq və 109 kq-dan yuxarı, qadınlar 45 kq, 49 kq, 55 kq, 59 kq, 64 kq, 71 kq, 76 kq, 81 kq, 87 kq və 87 kq-dan yuxarı çəkilərdə güclərini sıyacaqlar. 

2020-ci il Tokio Yay Olimpiya Oyunlarında isə kişilər üçün 61 kq, 67 kq, 73 kq, 81 kq, 96 kq, 109 kq və 109 kq-dan yuxarı, qadınlar üçün isə 49 kq, 55 kq, 59 kq, 64 kq, 76 kq, 87 kq və 87 kq-dan yuxarı çəkilər açıqlanıb

Qeyd edək ki, yeni çəki dərəcələri ilə ilk yarış Noyabrın 1-dən 10-dək Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək dünya çempionatı olacaq.