Rusiyada keçirilən futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinə start verilib.
Unikal.org xəbər verir ki, Fransa Uruqvay millisi ilə üz-üzə gəlib. "Nijni Novqorod stadionunda baş tutan qarşılaşma fransızların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə ilk qolu 40-cı dəqiqədə Rafael Varan vurub. Antuan Qrizman 61-ci dəqiqədə fərqlənməklə oyunda son nöqtəni qoyub.
Qeyd edək ki, Fransa yığması yarımfinalda Braziliya-Belçika cütünün qalibi ilə qarşılaşacaq.