Rusiyada təşkil olunmuş futbol üzrə dünya çempionatı davam edir.

Unikal.org xəbər verir ki, bu gün keçiriləcək son iki 1/4 final matçı ilə bütün yarımfinalçıların adına aydınlıq gələcək.

Öncə İsveç və İngiltərə yığmaları üz-üzə gələcək. Son olaraq isə DÇ-2018-in təşkilatçısı Rusiya Xorvatiya ilə qarşılaşacaq.

Xatırladaq ki, Fransa və Belçika yığmaları artıq yarımfinala vəsiqəni təmin edib.

DÇ-2018, 1/4 final

7 iyul

18:00. İsveç - İngiltərə
Baş hakim: Byörn Kuypers (Hollandiya).
Samara. "Samara Arena.

22:00. Rusiya - Xorvatiya
Baş hakim: Sandro Riççi (Braziliya).
Soçi. "Fişt stadionu.