Braziliya yığmasının sabiq baş məşqçisi Luis Felipe Skolari Neymarın oyunu barədə danışıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Skolari Neymarın Pele ilə müqayisə olunmasına da münasibət bildirib. O, Neymarın heç vaxt Pele səviyyəsinə yüksəlməyəcəyini vurğulayıb:
"Braziliyada hər kəs yaxşı bilir ki, Neymar kimidir, Pele kimdir və ya Ronaldo kimdir. Biz hər birimiz yaxşı bilirik ki, yalnız bir Pele olub və ikincisi heç vaxt olmayacaq.
Ola bilsin ki, oyunu insanlara zövq verən xeyli yaxşı futbolçu yetişəcək. Ancaq Pele... Onun kimisi bir daha yetişməyəcək. Onun xələfi olmayacaq. Onunla heç kim müqayisə edilməz.
Braziliya yığması sonuncu dəfə 2002-ci ildə məhz Skolarinin rəhbərliyi altında dünya çempionu olub.