İtaliya təmsilçisi "İnterin yeni transferi Raca Naynqqolan avtomobil qəzasına uğrayıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə belçikalı yarımmüdafiəçinin Milan şəhərinə getdiyi zaman baş verib. Futbolçunun vəziyyəti isə yaxşıdı.

İtaliya mediasında çıxan xəbərlərə görə, futbolçunun avtomobilinə 50 min avroluq zərər dəyib.

Naynqqolan bir müddət əvvəl 24 milyon avro qarşılında "Romadan "İnterə transfer olunub.