Moskvanın "Spartak" futbol klubunun yarımmüdafiəçisi Aleksandr Səmədov Rusiya yığmasından getdiyini bildirib.

Unikal.org  xəbər verir ki, bu barədə "İnterfax" məlumat yayıb.

Məlumata görə, futbolçu bildirib ki, dünya çempionatında 1/4 final mərhələsinin Xorvatiyaya qarşı matçı onun üçün son qarşılaşma olub. Səmədov 2011-ci ildən Rusiya yığmasında sağ cinah yarımmüdafiəçisi kimi çıxış edib. O, komandada 53 oyun keçirib və 7 qol vurub.

Hazırda Səmədovun 33 yaşı var.