Xorvatiyanın Zaqreb şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir.
Beşinci yarış günündə 48, 55, 65, 80 və 110 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
Ən ağır çəkidə mübarizə aparan Sərxan Məmmədov (110 kq) ardıcıl olaraq Hindistan, Polşa və Çexiya təmsilçiləri üzərində tam üstünlüklə qələbə qazanıb və finala yüksəlib. Finalda Türkiyə idmançısına uduzan Sərxan çempionatın gümüş medalına yiyələnib.
48 kq
1/8 final - İslam Aliev (RUS) - Nihad Quluzadə 9:4
1/16 final - Nihad Quluzadə - Denis Demirov (BUL) 12:5
55 kq
Təsəlliverici görüş - Murad Abbasov - Niklas Oehlon (SWE) 0:3
Təsəlliverici görüş - Murad Abbasov - Antonios Parotsidis (GRE) 8:1
1/8 final - Giorgi Pertaia (GEO) - Murad Abbasov 7:1
1/16 final - Murad Abbasov - Hunter Levis (USA) 11:9
110 kq
FİNAL - Sərxan Məmmədov - Muhammet Bakir (TUR) 0:8
1/2 final - Sərxan Məmmədov - Marcel Albini (CZE) 12:1
1/4 final - Sərxan Məmmədov - Tomas Jacek (POL) 11:2
1/8 final - Sərxan Məmmədov - Narinder Cheema (İND) 9:1