Azərbaycanda idmanın müxtləif növləri ilə məşğul olan qadınların sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən Unikal.org-a verilən məlumata görə, 2017-ci ilin yanvar ayının 1-nə olan məlumata görə, Azərbaycanda 84 minə yaxın qadın idmanın müxtləif növləri ilə məşğul olub.

2000-ci ildən 2017-ci ilin yanvar ayının 1-dək olan göstəriciyə əsasən, ölkəmizdə idmanın müxtəlif növləri ilə məşğul olan qadınların sayında ən çox 2010-cu ildə qeydə alınıb. 

Belə ki, sözügedən il, Azərbaycanda 121 499 qadın idmançı qeydə alınıb.

2010-cu ildə 121 499, 2011-ci ildə 88788, 2012-ci ildə 84066, 2013-cü ildə 84095, 2014-cü ildə 81826, 2015-ci ildə 83323, 2016-ci ildə 83 965 nəfər xanım idmançı dövlət qeydiyatına alınıb.