Kanadaya məxsus kiçik təyyarə ABŞ-da qəzaya uğrayıb.

Unikal.org bildirir ki, bu barədə "CBC" Birləşmiş Ştatların Mülki Aviasiyasının Federal İdarəsinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə yerli vaxtla saat 11:00-da qeydə alınıb. ABŞ-ın Kanada ilə sərhədindəki Men ştatında baş verən qəza zamanı 3 nəfər həlak olub.

Təyyarə Kanadanın Pembrok şəhəri istiqamətində uçurmuş.

Faktla bağlı təhqiqat başlayıb. Hadisənin səbəbi araşdırılır.